Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü
Hadisə 114

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər