Həyat yoldaşına xəsarət yetirərək ölkədən qaçan şəxs Çində saxlanılıb
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.
Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Naxçıvanda vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Naxçıvan şəhərində vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub. BAKU.WS report-a istiadən xəbər verir ki, Naxçıvan Şəhər Pol...