Hərbi Prokurorluq bir sıra cinayətlərdə təqsirləndirilən komandirə dair qərardan şikayət verib
Biləsuvarda əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin sabiq komandiri Mahmud Səfəralıyev barəsində qərar verilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Cəlilabad Hərbi Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, onunla bağlı həbs qətimkan təqdbirinin seçilməsi barədə Hərbi Prokurorluğun təqdimatı təmin edilməyib.
İttihama görə, Biləsuvarda yerləşən hərbi hissənin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidmət zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıblar. H.H. bu il noyabrın 15-də intihar edib.
Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.
Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.
Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.
Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Oxşar xəbərlər
Bakıda iş yoldaşını stəkanla öldürən şəxsə ağır cəza istənildi
Bakıda iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb BAKU.WS Oxu.az-a...