Hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.
BAKU.WS-in məlumatına görə, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı APA-ya bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: “Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olması səbəbindən isə hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.
E.Zahidov qeyd edib ki, faktla bağlı hazırda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
4 nəfərin xəsarət aldığı qəzada avtomobil iki yerə bölündü – VİDEO – FOTO
Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Mercedes” və “VA...