Hər gün Kür çayında çimən 54 yaşlı Mingəçevir sakini: "Hətta qarlı havada da çılpaq qaçırdım"

Hər gün Kür çayında çimən 54 yaşlı Mingəçevir sakini: Hətta qarlı havada da çılpaq qaçırdım
Video
Hadisə 236

54 yaşlı Mingəçevir sakini Afiq Əhmədzadə demək olar ki, hər gün çay kənarına hazırlıqlı gedir.

O, əvvəl suyun temperaturunu ölçür, sonra isə çimərlik geyimində suya daxil olur.

A.Əhmədzadənin sözlərinə görə, 22 yaşından üzməklə məşğuldur:

"Hərbçi olanda soyuq su ilə aktiv təmasda olmuşam. Səhərlər hətta qarlı havada da çılpaq qaçırdım, heç vaxt xəstələnmirdim. Bir müddət bəzi səbəblərdən üzgüçülüyə fasilə vermişdim. İndi onu bərpa edirəm".

Mingəçevir sakini üzgüçülüyü idman növlərinin şahı adlandırıb:

"Oğuz, Şəki, Qəbələdən dostlarım var. Onlara demişəm ki, həmin bölgələrdə donan göllər varsa, buzu qırıb çimək və insanlar arasında bunun təbliğatını aparaq".

Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Bakıda restoranda hesaba görə dava düşdü

Bakıda restoranda hesaba görə dava düşdü

Restoranda ad günü məclisi dava ilə bitib. Hadisə paytaxtın Nizami rayonundakı restoranlardan birində baş verib. İddialara görə, 35 yaşlı Zəngilan rayon sakini...

130 Hadisə 22:58 23 yanvar 2026

Son xəbərlər