Paytaxtda hər gün eyni vaxtda yolu bağlayan zibil daşıyan maşın narazılıq yaratdı - VİDEO

Paytaxtda hər gün eyni vaxtda yolu bağlayan zibil daşıyan maşın narazılıq yaratdı - VİDEO
Video
Hadisə 6

Abşeron rayonunda səhər saatlarında zibil daşıyan maşının hərəkəti digər sürücülərin etirazına səbəb olub.

BAKU.WS-in məlumatına görə, hadisə barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Xırdalanda, Heydər Əliyev prospektində səhər saat 8 radələrində hərəkət edən zibil daşıyan maşın yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Vətəndaş iddia edir ki, iri tonajlı maşın hər gün eyni vaxtda yolu bağlayır. Belə olan halda da xüsusən də işə tələsən və övladını məktəbə aparan valideynlərə böyük çətinlik yaranır. Bəs görəsən ağır tonajlı belə maşınların yolda hərəkət vaxtını tənzimləmək və yaranmış süni tıxacı aradan qaldırmaq olmazmı? Yaxşı olardı ki, aidiyyatı qurumlar bu məsələyə "soyuq" yanaşmasınlar.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər