Həmin bağça müdirinə şiddətli töhmət verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.
Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırmanın nəticəsi ilə bağlı açıqlama yayıb.
“Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.
Eləcə də, Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb” , - məlumatda bildirilib.//Qafqazinfo
Oxşar xəbərlər
Bakıda dörd orta məktəbdə nöqsanlar aşkarlanıb, direktor müavininin oğlunun gözətçi işlədiyi məlum olub
Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktor...