Mağazadan bahalı telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Mağazadan bahalı telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə 39

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən BAKU.WS-ə xəbər verilib.

Belə ki, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq olub. Polisə müraciət edən şəxs oradan pos-terminal aparatı və 3000 manat dəyərində mobil telefonun oğurlandığını bildirib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər