Həftəsonu vətəndaşların bank kartlarından 10 min manatdan çox vəsait oğurlanıb
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun ibtidai istintaqı başa çatdı
Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, ictimai fəallar - Abid Qafarov və Beydulla Manafovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. BA...