Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Saat24.az" saytının rəhbəri Coşqun Abdullayev tutulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi pul tələb edən "saat24.az" saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulublar.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu şəxslərin əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...