Həcc ziyarəti zamanı həlak olan zəvvarların sayı 1301 nəfərə çatıb

Həcc ziyarəti zamanı həlak olan zəvvarların sayı 1301 nəfərə çatıb
Hadisə 209

Səudiyyə Ərəbistanında Həcc ayinlərini icra edərkən həlak olan zəvvarların sayı 1301 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının səhiyyə naziri Fahad bin Abdurrahman Al-Jalajel bildirib. Nazir Əl-İhbariyə telekanalının efirində ölənlərin 83 faizinin müvafiq vizasının olmadığını qeyd edib.

Bundan bir qədər əvvəl Həccdə ölənlərin sayının 1100 nəfərə çatdığı bildirilirdi. Onlardan yarıdan çoxunun Misir vətəndaşı olduğu və 675 misirli zəvvarlardan yalnız 31-nin vizasının mövcud olduğu bildirilir. Digər şəxslərin qeyri-leqal Həcc ziyarətində olduqları bildirilir. Qeyri-leqal ziyarətçilərin Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilmiş kondisionerli istirahət otaqlarından yararlanmadıqları və səudiyyəli rəsmilərin yoxlama məntəqlərinə tuş gəlməmək üçün ekstremal isti havada uzun-uzadı yolu piyada qət etdikləri bildirilir.

Ölüm hallarının daha çox yaşlı insanlar arasında qeydə alındığı yayılan xəbərlər arasındadır.

Oxşar xəbərlər

Son xəbərlər