Həbsdə olan tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri - Emin Abdullayev ev dustaqlığına buraxılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, müvafiq qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.
Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdikləri vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...