Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb
Nərimanov Rayon Məhkəməsində tiktoker "Magerramov" ləqəbli Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
İran, İsrail və ABŞ arasında davam edən gərginlik fonunda Dubayda hava məkanı vaxtaşırı qapandığı üçün uçuşlar ləğv edilib. Hazırda bir çox azərbaycanlılar ölkə...