Həbsdə olan oğluna qəndin içərisində narkotik maddə keçirmək istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Ata həbsdə olan oğluna narkotik maddə keçirmək istəyib.
Penitensiar Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
"Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Cavidan Əhmədağa oğlu İbişova atası Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə - Preqabalin aşkar edilib. Faktla bağlı araşdırma aparılır", - xidmətdən bildirilib.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...