Həbsdə olan sabiq milli təhlükəsizlik naziri etiraz etdi

Həbsdə olan sabiq milli təhlükəsizlik naziri etiraz etdi
Hadisə 1315

 

Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəməkdə təqsirləndirilərək 14 il azadlıqdan məhrum edilən, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, şikayətdə sabiq nazirə bəraət istənilib. Sənəd bu gün Naxçıvan Apelyasiya Məhkəməsinə təqdim edilib.

V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Sabiq milli təhlükəsizlik nazirinə 14 il iş verildi

Sabiq milli təhlükəsizlik nazirinə 14 il iş verildi

Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçir...

1894 Hadisə 19:44 24 iyun 2016

Son xəbərlər