Hava limanında iki avtomobil yandı - ANBAAN VİDEO

Hava limanında iki avtomobil yandı - ANBAAN VİDEO
Video
Hadisə 248

Bakıda iki avtomobil alışaraq yanmağa başlayıb.

BAKU.WS xəbər verir ki, hadisə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava limanında baş verib.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə məlumat daxil olub.

Bildirilib ki, əvvəl maşının biri yanıb daha sonra yaxınlığındakı avtomobil də alışmağa başlayıb.

Alov qısa müddətdə söndürülüb. Onun digər avtomobillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbi araşdırılır.

Son xəbərlər