Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Musayev Mehman Gəray oğlu, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Hamlet Musa oğlu və Ağdam sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən İsmiəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuz gömrüyündə 44 min ədəd bəyan olunmamış dərman vasitəsi saxlanıldı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman...
