Hacıqabulda xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin "WhatsApp" ani mesajlaşma proqramında yaradılan "İş elanları" qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi
Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki,...