Hacıqabulda oğurluq edən iki nəfər HƏBS EDİLDİ
27
may
2026
10:33
Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.
Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25 000 manat və 10 000 ABŞ dolları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki,...