Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

20
apr
2024
09:21
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar.
Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Polis bu rayonda silsilə əməliyyatlar keçirib - Saxlanılanlar var
Hacıqabulda polis silsilə əməliyyatlar keçirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfin...
