Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.
"AzəriMed" QSC-yə məxsus "Mercedes Atego" markalı avtomobil arxadan "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "Mercedes Atego"-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...