Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, o, 2018-ci ildən bu vəzifədə çalışıb. Həmin dövrdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.
Oxşar xəbərlər
Həbsdəki icra başçılarının sayı 6-ya çatdı...
Azərbaycan son illərdə hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır. Bunlar həm nazirlik, nazirlər və icra başçıları səviyyəsində zaman-zaman...