Hacı Qalib Salahzadənin oğlu hakim qarşısına çıxarıldı

06
noy
2017
12:14
Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.APA-nın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.Prosesdə zərərçəkmiş şəxs iştirak etmədiyi üçün iclas noyabrın 8-nə təxirə salınıb.Vəkil Cavanşir Məmmədov bildirib ki, Ə. Salahzadə özünü təqsirli bilmədiyini deyib.Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.BAKU.WS

Oxşar xəbərlər
Məhbusların qaçmasına yardım edən taksi sürücüsü həbs olunub
Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib.APA-nın xəbərinə görə, tutulan şəxs Hacıyev Məhəmməd Famil oğludur.Nəsimi Rayon Məhkəməsində hakim Pərviz...