Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident, bir nəfər bıçaqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Qabal kəndində insident olub.
BAKU.WS “Report”a istinadən xəbər verir, hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.
Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə mübahisə baş verib. Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.
Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...