Gürcüstandan gələn avtomobildən 18 ədəd "İphone 12" tapıldı - FOTO

Gürcüstandan gələn avtomobildən 18 ədəd İphone 12 tapıldı - FOTO
Hadisə 150

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunun qapısının içində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 18 ədəd "İphone 12" markalı mobil telefonlar aşkarlanıb.

Gürcüstandan gələn avtomobildən 18 ədəd

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər