Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, oktyabr ayının 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunub.
Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.
Oxşar xəbərlər
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, son günl...