Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Miqrasiya Departamenti tərəfindən keçirilən tədbirlər nəticəsində 78 xarici vətəndaş ölkədən deportasiya olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, qurumun məlumatına görə, son günlər ərzində aparılan kompleks tədbirlər çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları digər aidiyyəti qurumlarla birgə əməliyyatlar həyata keçirib.
Nəticədə Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Banqladeş, Belarus, Misir, Yəmən, Hindistan, Kamerun, İndoneziya, Nigeriya, Pakistan, Somali, Çin və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 78 nəfər Gürcüstandan çıxarılıb.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Faktla bağlı tədbirlərin davam etdirildiyi qeyd olunub.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...