Gürcüstanda torpaq sürüşməsində 18 yaşlı azərbaycanlı qız həlak olub
06
avq
2023
16:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə onun qardaşı İsgəndər İsayev "İnfo Rustavi"yə açıqlamasında bildirib.
O, bu gün səhər meyitin tapılması ilə bağlı ailəsinə məlumat verildiyini bildirib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ölənlərin say 18 nəfərə çatıb.
Müdafiə naziri Cuanşer Burçuladze isə təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...