Gürcüstanda erməni deputatlar arasında atışma olub
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan qətllə hədələnməsi barədə bəyanat yayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu əməldə Gürcüstan parlamentinin sabiq deputatı, Axalkalaki bələdiyyəsinin sakrebulo üzvü Samvel Petrosyanı ittiham edib.
E.Mkoyanın sözlərinə görə, S.Petrosyan martın 26-da onu odlu silahla qətlə yetirməyə cəhd edib.
Bəyanatda qeyd olunub ki, S.Petrosyan E.Mkoyanın tərəfinə üç dəfə atəş açıb və çoxsaylı şahidlərin qarşısında qışqıraraq onu öldürəcəyini deyib: “Patrul polisi vaxtında müdaxilə etməsəydi, qarşıdurma faciə ilə nəticələnərdi”.
E.Mkoyan qeyd edib ki, o, xəbərdarlıq məqsədi ilə havaya iki dəfə atəş açıb.
Parlament üzvü cinayətkarın tez bir zamanda ciddi cəzalandırılacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - VİDEO/FOTO
Səbail rayonunda ictimai asayişi pozan, Xətai rayonunda isə polisə odlu silahla silahlı müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanılıb. Daxili İşlə...