Gürcüstanda azərbaycanlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb
Gürcüstanın Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini, 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin (CM) 116 və 236-cı maddələri üzrə istintaq davam edir", - nazirlikdən bildirilib.
Qeyd edək ki, CM-in 116-cı maddəsi ehtiyatsızlıqdan ölümə səbəb olma (altı aydan iki ilədək ev dustaqlığı və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə), 236-cı maddə isə qanunsuz silah əldə etmə, saxlama, gəzdirmə və daşıma hallarını (cərimə, altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilədək azadlıqdan məhrumetmə) nəzərdə tutur.
Hadisənin detalları məlum deyil. İlkin məlumata görə, cinayət mübahisə zəminində baş verib.
Oxşar xəbərlər
Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunl...