Gürcüstanda azərbaycanlı biznesmenin evinə qumbara atılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.
Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.
Yerli mətbuatın yaydığı mlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.
Oxşar xəbərlər
Əli bıçaqlı arvadı ilə yataq otağına girdi: "Yalvarışıma baxmadı..." - Bakıda CİNAYƏT
Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir k...