Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 14 əcnəbi saxlanılıb
Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları olan 14 nəfər əcnəbi saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Həmin şəxslərin sığınacağın verilməsi prosedurunda nəzərdə tutulmuş şərtləri pozaraq bir neçə il ərzində qanuni əsas olmadan Gürcüstanda yaşadıqları müəyyənləşdirilib.
Əcnəbilər Gürcüstanı könüllü şəkildə tərk etməni nəzərdə tutan qərarda göstərilən şərtlərdən istifadə etməyiblər və nəticədə DİN-nin Miqrasiya Departamenti onların saxlanılması barədə qərar verib.
Qərarın icrası üçün saxlanılan şəxslər hazırda sonradan mənşə ölkələrinə qaytarılmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər.
Oxşar xəbərlər
Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
Həbsdə olan azərbaycanlı iş adamı Aslan Əliyevin ilkin bazar qiyməti 4,2 milyon manat olan əmlakı müsadirə olunub. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki,...