Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı
Hadisə 46

Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında bildirilib.

İstintaqla müəyyən edilib ki, Tbilisidə sözügedən azərbaycanlı şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.

Əməliyyat tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsi qısa müddət sonra yaxalayıb.

O, günahı sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Faktla bağlı istintaq davam etdirilir.

Oxşar xəbərlər

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti məlum olub. TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki,18.04.2026-cı il tarixində sa...

15 Hadisə 21:29 18 aprel 2026

Son xəbərlər