Gürcüstanda 27 yaşlı Sahibi öldürən - Türkiyə sərhədində saxlanıldı
Marneuli bazarında 27 yaşlı Sahib Bayramovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs Türkiyə ərazisinə keçməyə çalışarkən saxlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Gürcüstanın Kvemo Kartli və Türkiyənin Artvin vilayətlərinin polis departamentləri məsələ ilə bağlı birgə əməliyyat keçiriblər.
Bildirilib ki, görülən birgə tədbirlər çərçivəsində cinayəti törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü şəxs qəsdən adam öldürməyə cəhd, eləcə də odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə "Kartsaxi" sərhəd sektorunun ərazisində saxlanılıb.
İstintaq məlumatına görə, saxlanılan şəxs Marneuli şəhərində yerləşən zərgərlik mağazalarının birində odlu silahdan atəş açaraq ata və oğulu yaralayıb. Şübhəli şəxs hadisə yerindən qaçıb. Yaralılar dərhal tibb müəssisəsinə yerləşdirilsələr də, ağır yaralanan 27 yaşlı Sahib Bayramov aldığı güllə yarası nəticəsində vəfat edib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (qəsdən adam öldürməyə cəhd) və 236-cı (odlu silahın qanunsuz dövriyyəsi) maddələri üzrə cinayət işi açılıb. Həmin maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Oxşar xəbərlər
Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb
Sumqayıt şəhərində zavodda partlayış baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeyd...