Gürcüstana məxsus yük vaqonu Bakıda aşdı
02
may
2023
08:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.
Oxşar xəbərlər
Azərbaycana xam şəkər daşıyan üç yük vaqonu aşıb
İyulun 9-da saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib. Bu barədə BAKU.WS Azərbaycan Dəmir Yolları QSC-yə istinadən...