Gürcüstan-Azərbaycan sərhədini pozmağa çalışan 5 nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandan qanunsuz yollarla Gürcüstana keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, qurumun əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat nəticəsində Gürcüstan-Azərbaycan dövlət sərhədini Laqodexi istiqamətində pozmağa çalışan 1989, 2001, 1979, 1991 və 1971-ci il təvəllüdlü 5 Pakistan vətəndaşı saxlanılıb.
Onlara qarşı Gürcüstanın dövlət sərhədini qrup şəklində pozma maddəsi üzrə cinayət işi açılıb. İş üzrə 5 ilədək həbs cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanıldılar - FOTO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat ya...