Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanıldılar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 27-də saat 10:45-də DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən 10 əcnəbi saxlanılıb
Dekabr ayının 4-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının (DSX) “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən...