Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqələrində xüsusi İŞ REJİMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla sərhəddəki gömrük məntəqələri nəqliyyat axınlarının kəskin artımı səbəbindən xüsusi iş rejiminə keçirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Qeyd olunub ki, gömrük nəzarəti prosedurlarının fasiləsiz həyata keçirilməsi üçün məntəqələrdə gömrükçülərin sayı artırılıb.
Xidmətdən vurğulanıb ki, strateji məsələlər üzrə həllərin axtarışı üçün Azərbaycan, Türkiyə və Ermənistanın gömrük orqanları ilə daimi əlaqə saxlanılır.
Oxşar xəbərlər
DGK-dan əməliyyat: Narkotacir "Aynur" saxlanıldı - VİDEO
Gömrükçülərin həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 3 fakt üzrə 10 kq-dan artıq narkotik vasitə və külli miqdarda güclü təsir edən maddələr aşkar...