Gürcüstan 84 əcnəbini ölkədən çıxardı - Siyahıda Azərbaycan vətəndaşları da var

Gürcüstan 84 əcnəbini ölkədən çıxardı - Siyahıda Azərbaycan vətəndaşları da var
Video
Hadisə 27

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 84 xarici vətəndaşı ölkədən deportasiya edib.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Ermənistan, Nigeriya, Uqanda, Özbəkistan, Misir, Pakistan, Çin, Azərbaycan, Əlcəzair, Banqladeş, İraq, Keniya, Sudan, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər