Güllələnən Qabil Məmmədovun görüntüləri - FOTO - YENİLƏNİB

31
okt
2019
15:42
Ağstafa iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi ilkin məlumata görə, hadisəni 1989-cu il təvəllüdlü Sərxan Məmmədov törədib.Belə ki, adı çəkilən şəxs idarə etdiyi "Mercedes" markalı avtomobillə kəndin çayxanasına gəkərək, ov tüfəngindən əmisi Qabil Məmmədova atəş açıb.Bu zaman hadisə yerində olan Köçəsgər kənd sakini Yusif Əsər oğlu Əllacov da müxtəlif xəsarətlər alıb.İlkin məlumatlara görə, hadisəyə səbəb S.Məmmədovla əmisi Qabil Məmmədov arasında bir gün öncə kənddə keçirilən toy məclisində yaranan anlaşılmazlıq olub.İlkin məlumatlara görə, hadisədən bir gün öncə kənddə toy məclisi olub.İçkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması üçün əmisi tərəfindən ona irad tutulub.Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib.Belə ki, o idarə etdiyi "Mercedes" markalı avtomobillə kəndin çayxanasına gəlib və ov tüfəngindən atəş açaraq əmisi və kənd sakinini yaralayıb.Hazırda S.Məmmədovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış tədbiləri davam etdirilir.Xəstəxanadan BAKU.WS-in bölgə müxbirinə bildirilib ki, yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.*** 15:27 ***Ağstafa iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi ilkin məlumata görə, hadisəni 1989-cu il təvəllüdlü Sərxan Məmmədov törədib.Belə ki, adı çəkilən şəxs ov tüfəngindən əmisi Qabil Məmmədova atəş açıb.Bu zaman hadisə yerində olan Köçəsgər kənd sakini Yusif Əsər oğlu Əllacov da müxtəlif xəsarətlər alıb.İlkin məlumatlara görə hadisəyə səbəb S.Məmmədovla əmisi Qabil Məmmədov arasında olan mülk mübahisəsi olub.Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törədən şəxsin axtarışına başlanılıb.S.Məmmədovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış tədbiləri davam etdirilir.Xəstəxanadan BAKU.WS-in bölgə müxbirinə bildirilib ki, yaralıların vəziyyəti orta-ağırdır.Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Qalereya

Oxşar xəbərlər
Tovuzda güllələnən şəxslə bağlı rəsmi AÇIQLAMA (YENİLƏNİB)
Tovuz rayonun düşən dava bir nəfərin güllələnməsi ilə nəticələnib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alın...