Gülarə Abdullayeva yenidən həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda saxta kriptovalyuta satmağa görə saxlanılan Gülara Abdullayeva həbs edilib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Bakı şəhər sakinləri - G.Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb ediliblər:
"Məhkəmənin qərarı ilə Xəyal Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Gülara Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin sonradan Gülara Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi".
"Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər
Nazirlər, generallar... - Cəmi 4 ayın məmur həbsləri
Ötən il olduğu kimi, 2021-ci il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər...