Gül kələmi adı ilə İrandan 90 kq narkotik gətirənlər ifşa olundular
"Gül kələmi" yükü adı altında külli miqdarda narkotik daşıyanlar ifşa ediliblər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "təzə gül kələmi" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
BDU-nun 250 tələbəsinə qarşı 47 minlik məzun dələduzluğu
Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi və valideyn məzun gecəsinin təşkili ilə bağlı toplanan vəsaitin geri qaytarılmamasından şikayət edir. BAKU.W...