Güclü qar səbəbindən Cəlilabadın 50-dən çox kəndi işıqsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda yağan güclü qarın yaratdığı fəsadlar səbəbindən 50-də çox kəndin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Cəlilabad–Yardımlı avtomobil yolunda hərəkət çətinləşib, dağlıq ərazilərdə isə yol tamamilə bağlanıb.
Yolun bəzi sərt döngələrində qarın qalınlığının artması və buzlaşma nəticəsində avtomobillər yolda qalıb.
Həmçinin güclü qar rayonun elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələrinin qırılması nəticəsində yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda 50-dən çox kənddə elektrik enerjisi yoxdur.
Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir, yollar qardan təmizlənir.
Hazırda bölgədə güclü qarlı yağır, dağlıq kəndlərdə qarın hündürlüyü 50 sm-i keçib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...