Güclü qar ağacı evin qapısına aşırdı - Sakinlər çətin vəziyyətdə qaldı
Cəlilabad rayonunun Əliqasımlı kəndində güclü qar yağışı ciddi fəsadlara səbəb olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Bildirilib ki, kənd sakinlərindən birinin evinin həyətində yerləşən iri gövdəli ağac qarın ağırlığına tab gətirməyərək sınıb və yaşayış evinin giriş hissəsinin üzərinə düşüb.
Nəticədə evə ziyan dəyib. Sakinlərin sözlərinə görə, evə daxil olmaq çətinləşib və hər an əlavə uçqun riski mövcuddur.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, indiyədək əraziyə baxış keçirilmədiyi və təhlükənin aradan qaldırılması istiqamətində tədbir görülmədiyi qeyd olunur.
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb....