Güclü külək Bakıda məktəbin dam örtüyünü uçurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda orta məktəblərin birində dam örtüyü güclü külək nəticəsində uçub.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Bildirilir ki, dam örütüyü yararsız vəziyyətə düşən təhsil ocağı Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən orta məktəbdir.
Bakı şəhər Təhsil İdarəsindən BAKU.WS-ə daxil olan məlumata görə, hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin (39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319) dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.
Oxşar xəbərlər
Güclü küləyin qırdığı ağac evin dam örtüyünü deşdi - VİDEO
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bölgələrdə də fəsadlara səbəb olub. Baku TV xəbər verir ki, Goranboyda axşam çağı güclənən külək rayonun Məm...