Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb.
Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq.
Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq.
Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...