Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
26
dek
2025
23:36
Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan QAZ-3110 ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində 1977-ci il təvəllüdlü F.Quliyev, 1982-ci il təvəllüdlü K.İsmayılova və 1977-ci il təvəllüdlü Z.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda 10 hektar ərazi yandı
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb. BAKU.WS xəbər verir ki, yanğın Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında yerl...