Göygöldə cip aşdı, 2 nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən 7-ci kilometrliyində qeydə alınıb.
35 yaşlı Şəmkir rayon sakini Abidi Əhliman Ramiz oğlunun "Mercedes Benz GL 550" markalı avtomobili idarəetmədən çıxaraq, yol kənarında olan çökəklik əraziyə aşıb. Nəticədə sürücü və sərnişini olan 18 yaşlı Vəlizadə Hikmət Zahid oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi açılıb.
*** 06:48 20.11.2025
Göygöldə baş verən ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, həyatını itirənlər Ə. Abidin və H. Vəlizadədir.
Qəza Gəncə–Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı maşın aşıb.
İlkin məlumata görə, iki nəfər hadisə yerində ölüb, xəsarət alanların da olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...