Göygöldə 30 sürücü məsuliyyətə cəlb olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Bu və digər qayda pozuntusuna yol verən 30 sürücü saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa, narkotik vasitənin təsiri altında avtomobil idarə edən Rufan Azəri və Elgiz Qurbanov idarə etdikləri avtomobil ilə saxlanılıb, barələrində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Gəncədə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub - FOTO
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə...