Göygöldə 2 nəfər avtomobildə yanaraq ölüb

Göygöldə 2 nəfər avtomobildə yanaraq ölüb
Hadisə 548

Göygöl rayonunda iki nəfər avtomobildə yanaraq dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Hacıməlik kəndində baş verib.

İlkin məlumata görə, "VAZ 21099" markalı avtomobilin alışması nəticəsində 46 yaşlı Bayram Verdiyev və onun həyat yoldaşı Fəridə Verdiyeva avtomobildə yanaraq dünyasını dəyişib.

Cəsədlər Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən şöbəsinə gətirilib.

Ölən şəxslər Daşkəsən rayon sakinləridir. Faktla bağlı araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər